Gülşən TANRIDAŞ: “Eurovison” bizə lazımdırmı?

media-hightechnic-468x90

480714_313867612063470_1950343847_n“Eurovision”  bizim  üçün  artıq  əhəmiyyətini  və  təsirini  itirmis layıhədir. Bu  yarışmada    növbəti  dəfə   qələbə qazana  bilmədiyimiz  üçün təəssuflənməyə  gərək  yoxdur. Məgər    müstəqilliyimizdən  üzü  bu yana duruxdurulmuş, qəlıbləndirilmis   siyasi  vəziyyətimiz   bizə nələrisə   dərk  etməyi  diktə etmirmi? Avropadan   və  mərkəzdə  dayanan aktiv  müdaxiləçi      qüvvələrin  tələbləri  ilə  şəkillənən   bu  günkü    dünyanin    siyasi sistemindən  ədalət gözləmək  nə dərəcədə  məntiqli və doğrudur?

Özünü  başqalarına  qəbul etdirməyin  yolu özünü  özündə qəbul etməyinin  və özünü özündə  təsdiqinin yolundan keçər.

Dünya  dövlətləri  içində  tanınmaq  və imic  qazanmaq  məqsədilə aparılan  bu   kimi  fəaliyyətlərlə   paralel  millətin  özünüdərki  və  son bir neçə əsrdə   soyqırımlarla, represiyalalarla   tükətilmiş   fiziki, mənəvi-ruhi  enerişinin bərpası  üçün  gerçəkçi  və  səmimi  iç projelərin  təşkil  edilməsi  və  dövlətin dəstəyi  ilə cəmiyyətimizin  çeşidli  müstəvilərində  tətbiq edilməsi dövrümüzün, milli  maraqlarımızın   tələbatına  daha uyğun olmazdımı?  Və  ölkə xaricində yaratdığımız   nümayiş  xətrinə   3 günlük  keçici  imicimizin daxildə   milli inkişaf xətti  ilə  tamamlanması  daha təsirli  milli  iç  təsdiqə gətirib çıxarmazdimi? Bu isə  millətimizi   ruhlandırar, böyük  və  milli müqəddəratın  realizə edilməsi  baxımından    gələcəyimizi  istiqamətləndirən    vacib  həlledici  uğurların  qazanılmasına səbəb olmazdımı?

Bu gün bizə hər hansi xarici rəydən  ziyadə  milli özünüdərk  və milli  özgüvən  və  bunların yüksəlməsi şəraitində  müşayət oluna  bilən  siyasi və dövləti  gücün  alt yapısını  təşkil edən  milli  iradi  güc  daha vacibdir.

Bunları  düşünmək  və  bütün cəbhələrdə   hərəkətə keçmək zamanıdır. Siyasi kapital  və reklam  qazanmaq  xətrinə  deyıl,  səmimimiyyətlə milli dövlətçiliyimizin    xarici   və  iç  əsaslarının   möhkəmləndrilməsi,  mənsub olduğumuz millətimizin   varlığı  və   yüksəlişi naminə.

Zaman tələblərini vaxtı keçəndən sonra bir daha təkrarlamır, təkrar etsə belə  bu ana qədər hadisələrin dəyişik düzümü  bu tələbi əvvəlki əhəmiyyətindən   və   tutumundan  şalar. Arada   “qazanılan”   yeganə şey isə vaxt   itkisi olar.  Uduzduğumuz   məqamlar,  itirdiyimiz    zamanlar    bizə   kifayət   etmədimi?!

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600