Gülşən TANRIDAŞ: Gələcəyimizə qarşı gizli təhdid

media-hightechnic-468x90

gulsenFətullahçılıqla bağlı siyasi –ideoloji ekspansiya kimi, bu günə kimi haqqında xeyli yazılar yazılıb. Məndə bu barədə uzun –uzadı söhbət açmağa gərək görməsəm də qısaca olaraq qeyd edim ki,

fətullahçılıq mahiyyət, struktur, taktika etibarilə massonizmə çox yaxın olub, yəhudi maraqlarının əsas daşıyıcı və reallaşdırıcı qüvvəsi olan massonizmin müsəlman türklər üçün nəzərdə tutulmuş bir variantıdır. .

Amma çox təəssüf ki,hələ bu gündə də məlumatsızlıqdan bu adamı türk “peyğəmbəri” sayanlar da var. Təəssüf ki, bir çox rütbə, məqam, söz sahibləri isə bütün bunları bilərəkdən siyasi-fərdi çıxarlarına  uyğun olaraq milli hissləri və maraqlari ayaq altına atıb, həmin qüvvələrlə   olan bağlılıqlarını və əməkdaşlıqlarını  yenə də  sürdürürlər.

F.Gulənin xidmət etdiyi ideologiyanın arxasındakı güc mərkəzləri bilirlər ki, bu yolla Azərbaycanda möhkəmlənə bilsələr, son zamanlar ümumi xarici siyasət xətti sərgiləyən Azərbaycan və Türkiyəni bir-birinə qarşı qoya bilərlər. Artiq onların istədikləri istiqamətə deyil dünya türklüyünün milli çıxarları baxımdan düzgün istiqamətə yönlənən Türkçülük hərakatını belə zərərsizləşdirə  bilərlər. Ən əsası  isə həmişə Türk dünyasının beyni funksiyasında olan Azərbaycanı tam olaraq oz caynaqlarına keçirsələr Azərbaycanda rəvac tapan bütövlük hərəkatına,Güney istiqlalının qazanılması yolundakı əldə tutulan calışmalara zərbə vurub Ön Asiya və Yaxin şərqdən xətircəm qalaraq bu coğrafiya ilə bağlı projelərini ardıcıllıqla  bərqərar edəcəklərindən  tam əmin ola bilərlər.Nəticədə Türk dünyasının iki əsas dövləti bir-birindən ayrı düşərək, üz-üzə qoyulacaq,İranda yenidən türk hakimiyyəti xofu aradan qalxacaq,ən başlıcası isə Azərbaycanda illərdir ki,müxtəlif güc mərkəzlərinin təsirlərinə baxmayaraq duruş gətirən ənənəvi tolerant baxış dini cahillik müstəvisinə keçəcək. Bu isə millətimizin heç bir silaha və fiziki gücə ehtiyac olmadan təşkil edilmiş milli-mənəvi,əqli  soyqırımı ola bilər. Azərbaycan beyninin, siyasi gücünün zərərsizləşdirilməsi isə Türk Birliyinə  gedən yolun yarıda qalması demək olardı…

Bir  sözlə,vəziyyət heç də ürəkaçan deyil.Onların Azərbaycanda “əhli-iman” obrazı ilə hakimiyyətə itələmək istədikləri  namizəd şəxsi davranışında hər nə qədər əxlaqlı,nümunəvi görünə bilərsə  də, fərd olaraq hər nə qədər də savadlı,bilgin ola bilərsə də, milli hislərə  və maraqlara qarşı davranışında onun keyfiyyət etalonu siyasi simasızlığın  hüdudları çərcivəsindədir…

Ehtiyatli olaq,qarşıdan parlament seçkiləri gəlir.

Ən əsas da ki, AYDINLARIMIZ…
Çünki,aydınlar ideyaların cəmiyyətdəki katalizatorlarıdır. Onların yanlış və  doğru dəyərləndirməsi bizə çox şeyi qazandırıb, bir çox şeyləri də uduzdura bilər…

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600