Gülşən TANRIDAŞ: Türkün sevgili hilal və ulduzu

media-hightechnic-468x90

TANRIDAN TÜRKƏ MİRAS VERİLƏN DƏRUNİ -DÖVLƏTİN ƏN MÜHÜM SİMALARINDAN OLAN ŞAH İSMAYIL BABAMIZIN UCA RUHUNUN DOGULUŞUNA HƏSR EDİRƏM.

10500330_605433662906862_8478597770134699225_nUlduz işarəsi bir qayda olaraq hilal ilə birlikdə işlədilir.Bu işarənin Türklər arasında müqəddəs bilinib ilahi simgə kimi qəbul edilməsi Adəm peyğəmbərdən növbəti peyğəmbərədək aradakı boşluğ dönəmində adı müqəddəs kitablarda da şeytan qövmünün insanlar üzərinə saldırısı kimi keçən, insanlıq tarixində ilk cətinliyin, müşkülün çözülməsi ilə əlaqədar bir yerə toplanan “16 Ağ Sakkalın” Tanrıdan məsləhət, kömək istəməsi anında göydə işarət kimi görünən ulduz və hilal təsvirindən qaynaqlanır. İndi Türkiyə Cümhuriyyətinin bayrağındakı beşguşəli ulduz və hilal, Azərbaycan bayrağındakı səkkizguşəli ulduz və hilal, bir sözlə əksər Türk bayraqlarında bu işarənin qutsal götürülməsinin səbəbi bu hadisə ilə bağlıdır.Hətta bu gün İsrail bayrağındakı altıguşəli Tanrını bildirən “Ed” tamğası da həmin hadisənin təsiri altında yaranan ilahi məqamlı bir nümayiş göstərgəsidir, Türklərdən çalıntıdır. Ümumiyyətlə indi bayraqlarında ulduz simgəsi olan bu günün bütün qeyri -Türkləri də bu işarəni Türklərdən almış ,fəqət əksəriyyəti ehtiva etdiyi həmin ilkin mənadan nəinki uzaqlaşmışlar hətta bu mənadan çox ehtimal ki,hec vaxt agah olmamışlar.Çünki, bu dövlətlər və millətlər əksəriyyət etibari ilə bu işarəni 17- ci yüzillikdən sonra bayraqlarına rəmz seçmişlər.

O ki, qaldı “16 Ağ Sakkal” anlayışına bu məsələnin Türk dövlətçilik tarixində böyük məna çəkisi vardır. Və əslində Türk tarixində və dünyada məhşur 16 cahanşümul Türk imperatorluluğu ilə “Dəruni-Dövlətin” ilk nümayəndələri olan “16 Ağ Sakkal” olayı arasında bir məna və yol bağlılığı vardır. Bunu belə başa düşmək olar ki, tarixə ədalət quralları ilə idarə olunan 16 möhtəşəm dövlət ilə ilahi düzəy bəxş etmiş Türk millətinin sonuncu hökmranlığı bütün Yer kürəsini əhatə edəcəkdir. Və təbii ki,Yeni Düzən sistemi ilə Vahid Dünya Dövləti yaratmağa çalışan yəhudilərdən fərqli olaraq şeytani yol ilə deyil ,məhz Tanrının hökmü və təqdiri ilə…Bu gün də dilimizdə ağsaqqal sözü müdrik, seçilmiş, yaşından asılı omayaraq xüsusi çəkisi, hörməti olan insanlara aid edilən bir ifadədir.

“Dəruni-dövlət” təbiri isə Tanrı əsgəri seçilən millətə xas anlayışdır və yaxud Türk qövmünə aid olan 16 kəsin birləşərək bu məsələni çözmə alayı Türkləri tarixdə Tanrı əsgəri kimi tanıdan ilk olaydır.İndi də aramızda “Dəruni-dövlətlər” var.Tanrının düzəni üçün çaba göstərən, ağil, ruh, enerji sərf edən hər fərd dəruni-dövlətdir. Bu isə məhz Türk genetiki ilə daşına bilən bir məziyyət və silsiləvi yoldur. Adı “Hürrəmilik”, “Bektaşilik”, “Sufilik”, “Qızılbaşlıq”, “Ələvilik” və s. kimi keçən, Türkün genetiki ağlı, ruhu, vücuda ilə daşınan, “Yol”u(ürfan yolu) sönməyə və bitməyə qoymayan bütün batini cərəyanlar və Türk gizli təşkilatlanma modeli “Əxilik” tarixən bu missiyaya xidmət aracı olub.

Ulduzun simgə olaraq Türk ruhaniyyətində ifadə etdiyi ilahi məqamın açması isə birmənalı olaraq kainatın quruluşu və bu quruluşun hərəkətinə müvafiq olaraq insanın-ruhun ərdəmə yetişməsi hadisəsi ilə əlaqədardır.Və onu qeyd edim ki, bu baxımdan ulduzların içərisində ən doğru olanı tarixi Azərbaycan dövlətlərinin bayraqlarında və bu günkü müasir Azərbaycan Respublikasının bayrağında əks olunan səkkizguşəli ulduzdur. Bu haqda daha sonra…”

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600