“Günah sayt rəhbərlərindədir…” – Hadı Rəcəbli “sosial şəbəkələr bağlansın” xəbərinə od püskürdü – Yenicag.Az

Reklam

Reklam

“Sözləri təhrif olunanda, insanlar jurnalistlərdən qaçırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında jurnalistlərlə münasibətinə toxunan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

“Mənim açıqlama və ya müsahibə verdiyim jurnalistlərdə günah yoxdur. Günah başlıq çıxaranlardadır, qarışıqlıq salanlardadır. Nə deyim, jurnalistdirlər də…

Başlıq çıxaranda bir az diqqətli, həssas və obyektiv olsunlar. Görürsən ki, sayt rəhbərləri bəzən bu məqamları gözləmirlər. Belə etmək olmaz.

Heç bu söhbətimizin də dərc olunmasını istəmirəm, bundan da bir şey çıxararlar (Gülür). Dedim axı, jurnalistlərdən narazılığım yoxdur. Ancaq baxın, mənimlə bağlı nə qədər yalan, həqiqətdən uzaq məlumatlar yayılıb.

Məsələn, sosial şəbəkələrlə əlaqədar fikirlərimi təhrif etmişdilər. Mən demişdim ki, sosial şəbəkələrlə bağlı addımlar qanunvericilik əsasında olmalıdır. Götürüb yazdılar ki, Hadı Rəcəbli sosial şəbəkələrin bağlanmasını təklif edib. Ancaq elə deməmişdim axı…

Görürsünüz, jurnalistlərin zənglərini cavabsız buraxmıram. İndi mən neyləyim, telefonu açmayım? Sözləri təhrif olunanda, insanlar jurnalistlərdən qaçırlar.

Mən jurnalistlərdən niyə inciyim ki? Onlar da mənim dostlarım, həmkarlarımdır. Mən də jurnalist çörəyi yemişəm, jurnalist işləmişəm. Ancaq belə səhvlərə yol verməmişəm. Bizim vaxtımızda fərqli idi”.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2588
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."