!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günel Gözəlova: Qurumları komandalarında kibermütəxəssislərə yer verməyə çağırıram

!Reklam – Yazi

“Azərbaycan müharibə şəraitində olan ölkədir. Bizim mübarizəmiz təbii ki, virtual olaraq da aparılır. Düşmən ölkə tərəfindən müxtəlif internet resurslarımıza, əsasən də Qarabağla bağlı məlumatlar yayan saytlara hücumlar edilir. Məhz buna görə də, bütün qurumları öz komandalarında kibermütəxəssislərə yer verməyə çağırıram. Artıq bunun zamanı çatıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri TED.az-a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat katibi Günel Gözəlova deyib.

G.Gözəlova qeyd edib ki, qurumlar, əsasən də media orqanları təhlükə yarandıqdan sonra təhlükəsizliyin təmin edilməsi haqqında düşünür: “Qurumlar ancaq təhlükə yarananda məsələ ilə maraqlanırlar. Bu arenada 1 saniyənin belə çox ciddi hökmü var. Təhlükə yaranandan sonra silahlanmaq bir növ uduzmaq deməkdir. Ona görə də əvvəlcədən komandaya bu məsələ ilə əlaqədar mütəxəssis cəlb etmək lazımdır”.

www.yenicag.az

765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv