!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Günəşli”də daha 2 neftçinin meyiti 4,5 ildən sonra tapıldı

!Reklam – Yazi

2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşən dənizçilərdən daha ikisinin meyiti tapılıb.

Yenicag.az Axar.az-a istinadən xəbər verir ki, bu meyitlər də ötəndəfəki kimi, 190 metr dərinlikdə aşkarlanıb.

Hazırda meyitlərin dərinlikdən çıxarılması üçün tədbirlər həyata keçirilir.

Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.

Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.

Ötən ay itkin düşən dənizçilərdən ikisinin – 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin meyiti tapılmışdı. Meyitlər tanınan vəziyyətdə idi.

Hazırda tapılan meyitlərin də tanınan vəziyyətdə olduğu iddia edilir.

Məlumatla bağlı SOCAR-a sorğu verilib.

www.yenicag.az

747
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv