!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gürcüstan Azərbaycana münasibətdə haqsız davranır” – Millət vəkili  

!Reklam – Yazi

Milli Məclisin bugünkü plenar iclasında Gürcüstanın işğal altındakı bölgələrindən Ermənistana nəqliyyat dəhlizinin açılması məsələsi diqqət mərkəzində olub.

Yenicag.az xəbər verir ki, bu gün Milli Məclisin 2017-ci ildə son plenar iclası keçirilir.
İclasın cari məsələlərin müzakirəsinə həsr olunmuş ilkin hissəsində millət vəkilləri Gürcüstanın Ermənistan üçün alternativ nəqliyyat dəhlizi açmaq niyyəti ciddi tənqid olunub.

Millət vəkili Qüdrət Həsənquliyev Gürcüstanın bu davranışını Azərbaycana xəyanət kimi qiymətləndirib:

Qüdrət Həsənquliyev

“Azərbaycan özünün ağır günlərində, vətəndaşlarının ağır vəziyyətində Gürcüstanın enerji problemlərinin həllinə dəstək olmaqla, etibarlı qonşu olduğunu göstərdi. Öz vətəndaşlarımız odun yandırdıqları halda, Gürcüstanı qazla təmin etdik ki, donmasınlar.

Azərbaycan Gürcüstanın ticarət dövriyyəsinə görə 4-cü tərəfdaşıdır. Eyni zamanda, Gürcüstana investisiya qoyuluşuna görə isə Azərbaycan 1-ci yerdədir. Azərbaycan Gürcüstana hərtərəfli yardım göstərir, bu ölkənin regional layihələrdəki maliyyə öhdəliyini yerinə yetirməsi üçün güzəştli kreditlər verir, aşağı qiymətlə qaz satır. Gürcüstan isə işğalçı Ermənistana yol vermək istəyir.

Biz özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş vermir. Bu məsələyə kəskin etiraz bildirilməlidir”.

A.Zeynalov

COP29

www.yenicag.az

2273
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv