!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda azərbaycanlı qadın qətlə yetirildi

!Reklam – Yazi

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində kişi keçmiş həyat yoldaşını qətlə yetirib.

Yenciag.az Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü şəxs 1996-cı il təvəllüdlü həyat yoldaşına qısqanclıq zəminində soyuq silahla ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Nəticədə yaraları aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qətli törədən şəxs hadisədən bir neçə saat sonra saxlanılıb. Cinayət əməlində istifadə etdiyi bıçağı maddi sübut kimi götürülüb.

Qeyd edək ki, ailənin 3 azyaşlı övladı var.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 13 ildən 17 ilədək həbs cəzası gözləyir.

www.yenicag.az

821
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv