Gürcüstanda azərbaycanlılar arasında qanlı dava

media-hightechnic-468x90

fdfgghgjhjGürcüstanın Qardabani rayonunda azərbaycanlılar arasında qanlı dava düşüb.

Hadisə ötən gün gecə saatlarında baş verib.

Belə ki, Muğanlı kəndində azərbaycanlıların toy məclisi keçirilib. Toy zamanı 30 yaşlı dindar Nüsrəddin Xıdırovla qohumu 40 yaşlı Oruc Əmiraslanov arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Oruc Əmiraslanov söyüş söyüb. Bundan əsəbləşən Nüsrəddin Xıdırov bıçağa əl atıb.

Əsəblərinə sahib ola bilməyən Nüsrəddin Xıdırov qohumunu ürək nahiyyəsindən bıçaqlayıb. Ağır bıçaq yarası alan Oruc Əmiraslanovu həkimlər xilas edə bilməyib.

Qeyd edək ki, Oruc Əmiraslanov iki övlad atasıdır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir(anspress).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa