Gürcüstandan Azərbaycana zərgərlik məmulatlarının qanunsuz keçirilməsinin qarşısı alındı

media-hightechnic-468x90

Dövlət Gömrük Komitəsi tərəfindən gümüşdən hazırlanmış zərgərlik məmulatlarının gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısı alınıb.

Yenicag.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkə ərazisinə daxil olan yük nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual edilib. Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı isə nəqliyyat vasitəsinin qoşqusunun ərzaq üçün nəzərdə tutulan sandıqcasında gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən gümüşdən hazırlanmış 12 ədəd təsbeh, ədəd üzük, 47 ədəd qolbaq, 35 ədəd boyunbağı aşkar olunub.

Aşkar edilən predmetlərin qablaşdırma ilə birlikdə çəkisi 1 400 qram təşkil edib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa