!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Haber Global”ın əməkdaşı öldürüldü

!Reklam – Yazi

Türkiyənin “Haber Global” telekanalının əməkdaşı Muharrem Can Kurtuluş silahlı hücumda həyatını itirib.

Yenicag.az xəbər verir ki, bu barədə telekanalın məlumatında bildirilib.

Qeyd edilib ki, Kurtuluşa hücum edən 4 şübhəli qısa müddətdə saxlanılıb.

Məlumata görə, “Haber Global”ın əməkdaşı avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, kafeyə gedərkən dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb. O, tərəfləri sakitləşdirməyə çalışıb.

Sonradan dostu ilə kafedən çıxan Muharrem Can Kurtuluş maşınına minib və dayanacaqdan çıxarkən mübahisə etdiyi 4 şübhəli maşının qarşısını kəsib. Onlar maşından düşən “Haber Global”in əməkdaşını güllələyiblər və hadisə yerindən qaçıblar. Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.

Polis bildirib ki, şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 ədəd tərəzi və 1 kilo 200 qram narkotik vasitə götürülüb.

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv