Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hacı İbrahim şirkətini satıb

hacccMəhşur iş adamı Hacı İbrahim Nehrəmli Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun ona məxsus olduğu deyilən “Azər-Ross İK” Mənzil Tikinti Kooperativlərini məhkəməyə verməsi fikirinə aydınlıq gətirib.

Açıqlama verən Nehrəmlinin sözlərinə görə, məhkəməyə verilən şirkət hal-hazırda ona məxsus deyil. İş adamı qeyd etdi ki, həmin şirkət keçmişdə ona məxsus olub, lakin bir müddət əvvəl qohumlarından birinə satıb, buna baxmayaraq yenə də həmin qohumuna görə şirkətə maddi dəstək olduğunu bildirdi. Onun sözlərinə görə, elə bu qohumluğa və şirkətin keçmişdə ona məxsusluğuna görə onun adı bu məsələlərdə hallanır. “Mən şirkətə sadəcə maddi dəstək verirəm. Şirkətlə FHN-nin müvafiq qurumu arasında 32 min manatlıq bir mübahisə var. Düşünürəm ki bu anlaşılmazlıq yaxın zamanda öz həllini tapacaq. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır, ancaq hələlik heç bir məhkəmə prosesi baş tutmuyub”-deyə Nehrəmli əlavə etdi.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı maraqlı bir açıqlama verdilər. Qurumdan bildirdilər ki, bu haqda heç bir məlumatları yoxdur.

Hacı İbrahim Nehrəmli həmçinin “Xəzər Adaları” layihəsinin taleyinə də aydınlıq gətirib.

Onun sözlərinə görə, Çin Xalq Respublikasının şirkətləri onun bu layihəsinə 15 milyard dollar investitsiya yatıracaq. “Artıq danışıqlar son mərhələdədir. Gələn ay Pekinə gedəcəm və orada birgə müəsisə yaradacağıq. Danışıqlara əsasən həmin şirkət ilk mərhələdə 300 milyon, daha sonra isə 2.7 milyard dollar pul yatıracaq”,-deyə Nehrəmli bildirdi.

Hacı İbrahim deyir ki, 3 milyard dollarlıq bu müqavilə daha iki Çin şirkətinin və bir Sinqapur şirkətinin “Xəzər Adaları”na marağına səbəb olub. Buna görə də Pekindəki daha bir şirkətlə 12 milyard dollarlıq yatırım üçün ilkin memorandum imzalamışıq. “Lahiyə başa çatdıqda ümumi qiyməti 200 milyard dollar olacaq. Üç aya qədər 300 milyonluq pul gələn kimi 25 min işçiyə ehtiyac yaranacaq və mən 25 min işçini işə götürəcəm”,-deyə İbrahim Nehrəmli bildirdi.

“Avesta” konserninin rəhbəri, iş adamı Hacı İbrahimin Beynəlxalq Banka ümumilikdə 450 milyon manat borcu olduğu üçün dəfələrlə Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə aparılıb. May ayının 13-də “Bandotdelə” dindirilmə üçün aparılan iş adamı bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı(ans).

Loading...

www.yenicag.az

346
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100