Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli koronavirus əleyhinə peyvənd vurdurub.
Yenicag.az xəbər verir ki, bununla bağlı din xadimi sosial şəbəkədə fotolarını paylaşıb.
Peyvəndin ilk dozasını bu gün Bakı Sağlamlıq Mərkəzində qəbul edən QMİ nümayəndəsi növbəti ikinci dozanı 28 gündən sonra, aprelin 2-də vurduracaq.