Milli Məclisin Komitə sədri Hadı Rəcəblinin bacısı Rübayə Rəcəbovanın Türkiyədə əməliyyat edilib.
Yenicag.az denizli24haber.com-a istinadən xəbər verir ki, Rübayə Rəcəbovanın əməliyyatı ötən ay Dənizlinin Özəl Cərrahiyyə Xəstəxanasında gerçəkləşdirilib.
Məlumata görə, Rəcəbovlar ailəsi ilə adıçəkilən xəstəxananın rəhbərliyi ilə tanışlıq sonuncuları Bakıya səfəri zamanı baş verib.
Bundan sonra Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin xanımı Mehriban Rəcəbli, qızları Günay Əliyeva ilə Ülviyyə Tahir, bacısı Rübayə Rəcəbova Dənizliyə səfər edərək, sözügedən xəstəxanaya baş çəkiblər.
Ziyarət çərçivəsində səhhətində problem olan Rübayə Rəcəbovanın müayinə edildikdən sonra əməliyyat olunmasına qərar verilib. Əməliyyat uğurla keçirilib.
Əməliyyatdan sonra açıqlama verən Rübayə Rəcəbova ilə Ülviyyə Tahir xəstəxana rəhbərliyinə və həkimlərə təşəkkürlərini bildiriblər.
www.yenicag.az