Hadı Rəcəblinin biznes şəbəkəsi
Dünən “Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün” deyən Hadi Rəcəblinin ailə biznesi
– Hər ay rəsmi olaraq Milli Məclisdən 1822 manat maaşı.
– Lənkəranda yerləşən “Palıdlı sahil” istirahət mərkəzi. (bura hotel, restoran, sanatoriya daxildir)
– Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri.
– Bakıdakı “DNS Computers” şirkətinin 4, Sumqayıtda isə 1 mağazası. (Mənbə: Jam.az)
Oğlanlarından biri Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir.
Digəri isə Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən “DNS Computers” şirkətlərini idarə etdiyi iddia olunur.
Deputat həmçinin cənub bölgəsində 100 hektarlarla ərazilərə, villalara, şəhərin mərkəzində mənzillərə, bir sıra digər ticarət və iaşə obyektlərinə də sahibdir.(meydan tv)