!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hafiz Hacıyev Əli Kərimlinin efir pulunu ödəyəcək - "Onun nökəri olmağa da hazıram"

!Reklam – Yazi

Hafiz Hacıyev: “Əli Kərimlini debata çağırıram, telekanalın xərcini də özüm çəkəcəm”

Prezidentliyə namizəd Hafiz Hacıyev Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini debata çağırıb.

Yenicag.az xəbər verir ki, Hafiz Hacıyev bu təklifini “Yeni Müsavat”ın canlı efirində çıxışı zamanı səsləndirib.

Debatı izləyən tamaşaçılardan birinin sualına cavab olaraq, AXCP sədri Əli Kərimli ilə debata çıxmağa hazır olduğunu deyib:

“Onunla istənilən vaxt, istənilən yerdə debata çıxmağa hazıram. Lap pullu telekanal olsun.Telekanalın xərcini də özüm çəkəcəm. Cəsarəti varsa gəlsin, mənim haqqımda dedikələrini üzümə söyləsin”.

Hafiz Hacıyev daha sonra azərbaycanlı mühacirlərdən bir qrupunu nəzərdə tutaraq, belə deyib:

“Mən İlham Əliyevin nökəri olmağa da hazıram, nəinki sizin kimi xarici qüvvələrə nökərlik etməyə”.

COP29

www.yenicag.az

2920
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv