Haitidə baş vermiş dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, fəlakət nəticəsində ölənlərin sayı 2207 nəfərə çatıb.
Məlumata əsasən, yaralıların sayı dəyişməz olaraq qalır – 12 268 nəfər. 344 nəfər itkin düşən hesab olunur. Bölgədəki təxminən 53 min bina tamamilə, 77 mindən çoxu qismən dağılıb.
Xatırladaq ki, avqustun 14-də Haitidə 7,2 bal gücündə zəlzələ baş verib.
www.yenicag.az