Hakimi döyən klub prezidenti həbs edildi

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasında inanılmaz hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, “Ankaragücü” – “Rizespor” matçı bitdikdən sonra ev sahibi klubun prezidenti Faruk Koca meydançaya girərək baş hakim Halil Umut Meleri döyüb.

Hadisədən sonra polis klub prezidenti saxlayıb. O, hazırda polis bölməsindədir. Faruk Kocanın həbs ediləcəyi gözlənilir. “Ankaragücü” fan-klubu isə bəyanat yayaraq sona qədər prezidentlərinin arxasında duracaqlarını və ona dəstək olduqlarını bildiriblər. Məsələ ilə bağlı hazırda Türkiyə Futbol Federasiyasının fövqəladə iclası keçirilir. “Ankaragücü” klubu ilə bağlı ağır qərar veriləcəyi gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600