!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hakimiyyət müxalifətlə dost olmalı deyil ki...” – YAP-çı deputat

!Reklam – Yazi

“Mövqelərimizdə kəskin fərqlər olduğuna görə biz bir, onlarsa başqa düşərgədədirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında seçkisonrası dönəmdə siyasi açılım ehtimalını dəyərləndirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadənin fikrincə, hazırda ölkədaxili siyasi münasibətlərdə kəskin konfrantasiya yoxdur:

“Mən hesab etmirəm ki, mövcud şəraitdə siyasi münasibətlər ifrat dərəcədə gərgindir. Qarşılıqlı yanaşmalara gəldikdə isə deməliyəm ki, burada hakimiyyət və müxalifət düşərgəsinin mövqeyində ciddi fərqlərin olması təbiidir.

YAP hakim partiya olaraq, onunla eyni və ya yaxın mövqeyə malik partiyalarla müttəfiqlik, yaxud da əməkdaşlıq münasibətləri qurur. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da hakimiyyət-müxalifət münasibətləri spesifikdir – söhbət rəqib siyasi qüvvələrdən gedir. O baxımdan, hakimiyyət müxalifətlə dost olmalı deyil ki…?!

Bu düşərgələrin münasibətlərində inkarçılığın olması da təəccüb doğurmamalıdır. Məgər Böyük Britaniyada mühafizəkarlar leyboristlərin mövqeyinə uyğun siyasət yürüdürlər? Yaxud Donald Tramp administrasiyası demokratların təklifləri əsasında fəaliyyət göstərir? Əlbəttə ki, yox.

Azərbaycanda da bu məsələlərə fərqli yanaşmağa ehtiyac yoxdur”.

A.Zeynalov

COP29

www.yenicag.az

2588
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv