Hamburq limanında bərə qəzaya uğradı

media-hightechnic-468x90

Almaniyanın Hamburq şəhər limanında bərənin qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb.

Yenicag.az “Tagesschau”ya istinadla xəbər verir ki, xəsarət alanların birinin vəziyyəti ağırdır.

Hadisə göyərtəsində 25 nəfərin olduğu “Övelgönne” bərəsinin limanda konvoyla toqquşması nəticəsində baş verib. Şiddətli toqquşma nəticəsində bərəyə ciddi ziyan dəyib.

Qəzadan dərhal sonra hadisə yerinə gələn xilasedicilər bərədəki sərnişinləri və heyət üzvlərini təxliyə ediblər.

Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu ehtimal edilir./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600