Hamlet İsaxanlı da “xarici qüvvələr” arqumentinə yapışdı

media-hightechnic-468x90

86418

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində martın 9-da paytaxtın Azadlıq prospektilə, Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verən insidentdə, təqsirləndirilən qardaşlardan biri Zaur Məmmədov barəsində həbs qərarı çıxarılıb.

Hadisə iştirakçısı olduğu iddia edilən digər qardaş Elin Məmmədov isə zaminə buraxılıb. Döyülmə faktında qızının adı hallanan Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı ANS-ə açıqlama verərək, qızı Ülkər İsayevanın hadisə zamanı döyülməsi barədə iddiaları təkzib etdi.

Ata söylədi ki, qızı rəfiqələri və dostları ilə bərabər 8 mart bayramını qeyd ediblər. Dağılışanda isə qızları evlərinə ötürərkən məclisdə iştirak edən Katya adlı qızı da götürüblər. Sərxoş olan qızın söyüş söyməsi isə konfiliktə yol açıb. Avtomobildə olan oğlanlar qıza əl qaldırıblar, döyülən Ülkər olmayıb.

“Bu uşaqları polisə və ya məhkəmə çağrıldıqları baradə məlumatım yoxdur. Onda mənim qızımın ağılsızlıq edib. Qızım yoldaşlarını xilas etmək məqsədilə deyib ki, orada heç nə olmayıb. Əslində o mən idim və heç bir şikayətim də yoxdur”, – Hamlet İsaxanlı bildirib.

Döyülənin kimliyindən asılı olmayaraq məhkəmə qadının döyülmə faktına qərar verdi. Hamlet İsaxanlı görüntünün yayılmasını təxribat kimi qiymətləndirir. O, xuliqanlıq hərəkətlərilə bağlı görüntülərin ölkədə beynəlxalq əhəmiyyətli layihə və tədbirlərin ərəfəsində ortaya atılmasını da xaricdən idarə olunan qüvvələrin işi olduğunu istisna etmir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600