!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Harun Sidorov: “Türkiyənin köməyi olmasa, Rusiya və İran iqtisadiyyatı bu ağırlığa dözməyəcək”

!Reklam – Yazi

“Türkiyə hansısa mifik vədlərə uymayaraq, Suriyada malik olduqlarını qorumağa çalışmalıdır”.

Yaxın Şərq üzrə rusiyalı ekspert Harun Sidorov Yenicag.ru-ya müsahibəsində Türkiyənin Suriya proseslərindəki rolunu, həmçinin Rusiya və İranla münasibətlərini dəyərləndirib.

Harun Sidorov bəzi şərtlər daxilində Suriyanın Hələb bölgəsinin Türkiyənin nəzarətinə verilməsi ehtimalının olduğu qənaətindədir:

“Hələbin birbaşa Türkiyənin protektoratına keçəcəyini düşünmürəm. Çünki bu qədər maddi və insani itkilar hesabına ələ keçirilmiş bir regionun kiməsə güzəştə gedilməsi inandırıcı görünmür. Ancaq o da həqiqətdir ki, Rusiya, İran və eləcə də Əsəd rejimi Hələbin məhz Türkiyənin resursları hesabına bərpa olunmasını çox istəyirlər – ümumiyyətlə, onlar Suriyanın bərpasının xarici yardımlarla gerçəkləşməsinə çalışırlar. Aydın məsələdir ki, onsuz da ağır vəziyyətdə olan Rusiya və İran iqtisadiyyatı bu yükü çəkmək iqtidarında deyil.

Fikrimcə, hazırda Türkiyəyə belə bir variant təklif oluna bilər ki, Ankara Hələbi bərpa etsin, Türkiyədəki suriyalı qaçqınlar o bölgəyə qayıtsınlar və orada formal nəzarət Əsəd hökumətində olsun. Eyni zamanda, Türkiyəyə təminat verilə bilər ki, Hələb sünni regionu kimi qalacaq, iranlılar oraya buraxılmayacaq, əvəzində isə Əsəd hökumətinin nəzarətindəki strukturlarda sünni təmsilçiliyi artırılacaq və sair.

Hazırda Suriyada sadəcə, müxtəlif tərəflərin hərbi-siyasi nəzarətində olan regionlar üzrə müəyyən təminatların verilməsi mümkündür. Türkiyə üçün bu, “Fərat qalxanı” əməliyyatının keçirildiyi ərazi, Afrin və bir hissəsində Türkiyə hərbi qüvvələrinin mövcud olduğu İdlibdir.

Digər variantlarda isə ərazilərin bir tərəfin nəzarətindən çıxarılıb digərinin nəzarətinə verilməsindən danışmaq mümkün deyil. Türkiyə indiki şəraitdə sadəcə, müəyyən “oyun praktikası”na malik qüvvələrlə oynaya bilər. Türkiyə hazırda məsələlərə real baxmalı, hansısa mifik vədlərə uymayaraq, Suriyada malik olduqlarını qorumağa çalışmalıdır”.

Sidorov hesab edir ki, mövcud şəraitdə Türkiyə ilə İran arasında əhəmiyyətli yaxınlaşma baş verir və Ankaranın İran əleyhinə sanksiyalara qoşulacağı gözlənilmir:
“Mən Türkiyənin İran əleyhinə sanksiyalara qoşulacağını düşünmürəm. Əksinə, indiki şəraitdə Türkiyə ilə İran arasında mühüm yaxınlaşmanın olduğu müşahidə edilir. Ona görə də Türkiyənin bu məsələdə İrana dəstəyini bəyan etməsinə təəccüblənməyəcəm. Ancaq dəstəyin bu bəyanatdan irəli gedib-getməməsi artıq başqa məsələdir.

Eyni zamanda, Türkiyənin İranı sözlə dəstəklədiyi bir şəraitdə ABŞ-ın “İncirlik” bazasından İran ərazilərini bombalaması da mənim üçün təəccüblü olmayacaq. Bu, Türkiyənin xarici siyasət tərzinə uyğundur”.

COP29

www.yenicag.az

2248
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv