Harvardlı alimdən ŞOK İDDİA: Sirli ulduzlararası cisim öz işığını istehsal edir
Harvard Universitetinin məşhur astrofiziki Avi Loeb “3I/ATLAS” adlı nəhəng ulduzlararası cismin sadəcə Günəş işığını əks etdirmədiyini, həm də öz işığını istehsal edə biləcəyini iddia edib.
Yenicag.az xəbər verir ki, sözügedən iddia həmin obyektin süni texnologiya ola biləcəyi ehtimalını gündəmə gətirib.
Loebin sözlərinə görə, cismin parıltısı mərkəzdən gəlir və bu, sadəcə yansıma ilə izah edilə bilməz. Əvvəlcə, Manhattan böyüklüyündə olduğu sanılan obyektin, əslində, çox daha kiçik – təxminən 100 metrdən də az ölçüdə ola biləcəyi düşünülür. Bu isə onu əvvəlki məşhur ulduzlararası cisimlər – “Oumuamua” və “Borisov” ilə eyni kateqoriyaya daxil edir.
Loeb ən cəsarətli iddiasında belə dilə gətirib:
“3I/ATLAS təbii nüvə mənbəyindən işıq saça bilər. Amma daha maraqlı ssenari bunun nüvə enerjisi ilə işləyən bir kosmik gəmi olmasıdı”.
Cismin hərəkət trayektoriyası da diqqət çəkir. Dünya yaxınlığından keçərkən Günəşin arxasında gizlənəcək, daha sonra isə Mars və Yupiterin yanından keçəcək. Loeb bunun təsadüfi deyil, kəşf missiyası ola biləcəyini düşünür.
O, NASA-ya və Mars orbitindəki peyklərə çağırış edərək cismin diqqətlə izlənilməsini istəyib.