Antalya hava limanında dəhşətli hadisə yaşanıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təmizlik işçisi hava limanının əlillər tualetinin unitazına atılmış yeni doğulmuş körpə tapıb. Polis körpəni atıb ölkəni tərk etmək istəyən iki Rusiya vətəndaşını saxlayıb.
Məlumata görə, körpəni tualetə atanın E.B. adlı Rusiya vətəndaşı olduğu müəyyən edilib. Həmin şəxs başqa bir nəfərlə ölkədən çıxış prosedurlarını tamamladığı anda saxlanılıblar.
Yeni doğulan körpəyə sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya göndərilib.
Nəsimi Ələsgərli
www.yenicag.az