Hava şəraiti kəskin dəyişəcək

media-hightechnic-468x90

download (2)Sentyabrın 16-dan 17-nə keçən gecədən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcək, qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Moderator.az-a verilən məlumata görə, sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19 dərəcəyə yaxın, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. bəzi yerlərdə leysən xarakterli, intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək və güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600