"HAZIR OLUN" mesajına Bakıdan REAKSİYA: "Kimin nə mesaj verməsindən asılı olmayaraq, Azərbaycan hər şeyə hazırdır"

media-hightechnic-468x90

“Ekstremal vəziyyətlərdə, təbii ki, dövlət qurumlarımız var və onlar lazımi addımları müstəqil şəkildə atacaqlar”.

Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa Yenicag.az-a açıqlamasında bildirib.

media-1744358989_fazil_mustafa-2

Deputat ABŞ-ın “Heritage” Fondunun Xarici Əlaqələr üzrə direktoru Lük Koffinin (Luke Coffey) Azərbaycan bayrağı ilə “HAZIR OLUN” mesajı paylaşmasının Cənubi Azərbaycanla bağlı olub-olmaması məsələsinə münasibət bildirib.

Fazil Mustafa qeyd edib ki, bu cür paylaşımlardan konkret nəticələr çıxarmaq müəyyən dərəcədə siyasi məqsədlər daşıyır:

“Bəzən daha cəlbedici görünmək üçün bu cür məsələlər gündəmə gətirilir. Ümumiyyətlə, Azərbaycan bir dövlət olaraq, kənar şəxslərin işarəsindən asılı olmayaraq, hər hansı xaosa, iğtişaşa və ya problemə qarşı hər zaman hazırlıqlıdır. Ona görə də bu növ açıqlamaları fərqli siyasi yozumlarla zənginləşdirmək doğru deyil”, – deyə deputat vurğulayıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan öz təhlükəsizliyi ilə bağlı qərarları öz imkanları daxilində sərbəst şəkildə qəbul etməlidir:

“Belə bir açıqlamanın mənbəyinin nə dərəcədə əsaslı olub-olmadığı üzərində düşünməli və tələsik nəticə çıxarmamalıyıq. Biz, ümumiyyətlə, qonşu dövlətlərdə hüzur və sabitliyin olmasında maraqlıyıq. Ekstremal vəziyyətlərdə isə dövlətimizin müvafiq qurumları öz vəzifələrini yerinə yetirərək lazımi addımları atacaqlar”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa