Hazırda Bakıda tozun miqdarı sanitar normadan 40 faiz yuxarıdır - Nazirlik

media-hightechnic-468x90

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Bu barədə Yenicag.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 09:00-da bu göstərici 20, 12:00-da 25, 15:00-da 32 faiz sanitar normadan yuxarı olub.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından atmosfer axınları ilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600