Hazırki millət vəkilləri 2015-ci il seçkilərində iştirak edəcəklər? – Sorğu

media-hightechnic-468x90

yenicag_mmAqil Abbas: “Seçicilərimdən asılıdır”

İqbal Ağazadə: “Partiyanın qərarından asılıdır”

Gövhər Baxşəliyeva: “Bu suala cavab vermək hələ tezdir”

Vahid Əhmədov: “Yəqin ki…”

Kamilə Əliyeva: “YAP rəhbərliyi…”

Aytən Mustafayeva: “Təbii ki, iştirak edəcəm”

Musa Qasımlı: “Hələ çox var”

Bəxtiyar Əliyev: “Vaxtı gələndə digər məsələlər barədə söhbət edərik”

Bu ilin noyabrında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Görəsən, hazırda millət vəkili statusunu daşıyan insanlar yenə də həmin posta namizəd olmağı düşünürlər?

Yenicag.az-a açıqlamasında millət vəkili Aqil Abbas məsələnin seçicilərin rəyindən asılı olduğunu dedi: “Bu məsələ seçicilərimdən, ağsaqqallardan  asılıdır.  Onlar məsləhət bilsələr yenə də namizədliyimi verəcəm. İstəməsələr verməyəcəm”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə seçkilərə yenə qatılacaq: “Bu təbii ki, partiyanın qərarıdır. Partiya yəqin ki, seçkilərdə iştirak edəcək. Belə olan halda da namizədliyimi mütləq verəcəyəm”.

Millət vəkili Gövhər Baxşəliyeva hesab edir ki, bu suala cavab vermək hələ tezdir: “Jurnalistlər bu məsələdə bir qədər tələsirlər. Heç olmasa yay aylarında soruşun”.

Deputat Vahid Əhmədov iştirak edəcəyinə ümid edir: “Bu haqda indidən fikir bildirmək çətindir. Amma yəqin ki, iştirak edəcəyəm”.

Millət vəkili Kamilə Əliyeva indidən bu barədə danışmağın mənasının olmadığını düşünür: “Hələ bu haqda danışmaq tezdir. Ona görə ki, bir dəqiqə sonra nə gözləyəcəyini deyə bilmərəm. 10 aydan sonra baş verəcək hadisə haqda isə heç bir məlumat verə bilmərəm. Yeni Azərbaycan Partiyasının rəhbərliyi  namizədliyimi yenə də irəli sürərsə, seçicilərim razı qalıbsa və etimad göstərib yenidən seçərlərsə, əlbəttə yenidən millət vəkili olmağımla qürur duyardım”.

Deputat Aytən Mustafayeva isə iştirak etmək əzmindədir: “Təbii ki, iştirak edəcəm. Amma nəticələrini bilmirəm”.

Millət vəkili Musa Qasımlının suala cavabı isə çox qısa oldu: “Ona hələ çox var”.

Millət vəkili Bəxtiyar Əliyev isə iştirak edib etməyəcəyi haqda konkret bir söz demədi: “Siz bütün hadisələri qabaqlayırsiniz. Hələ fevralda  yaz sessiyası olacaq. İşlərimizi görək. Vaxtı gələndə digər məsələlər barədə söhbət edərik. Ortalıqda daha aktual məsələlər var. O işlərlə məşğul olmaq lazımdır”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600