!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbs edilən Krım tatarları ilə bağlı ÇAĞIRIŞ: Üç fraksiya bəyanat hazırladı

!Reklam – Yazi

Ukrayna Ali Radasının deputatları qanunsuz həbs olunan Krım-tatar fəallarının müdafiəsinə çağırış ediblər.

Yenicag.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ukrayna parlamentində Rusiyanın işğalı altında olan Krımın “hüquq-mühafizə orqanları” tərəfindən həbs edilən Krım-tatar Xalqının Məclisi təşkilatının sədr müavini Nəriman Cəlalovun və digər fəalların müdafiəsinə yönəlik bəyanat qəbul olunması təklifi irəli sürülüb.

Parlamentin “Avropa həmrəyliyi”, “Səs” və “Xalqın xidmətçisi” fraksiyalarının hazırladığı bəyanat layihəsinin mətni Ali Radanın saytında yerləşdirilib.

“Səs” fraksiyasının üzvü Rüstəm Ömərov bildirib ki, Krımdakı işğalçı rejim Ukrayna vətəndaşlarına qarşı repressiyaları yenidən gücləndirib. O, Cəlalov və başqa fəalların həbsini onların Ukraynanı dəstəkləmələri ilə əlaqələndirib.

Qeyd edək ki, Nəriman Cəlalov və onunla birlikdə həbs edilən başqa fəallar “qaz xəttini sıradan çıxarmaq”da ittiham olunurlar.

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv