!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Heç olmasa, 6 yaşına qədər uşaqlar üçün uşaq pulu bərpa olunmalıdır" - Fazil Mustafa

!Reklam – Yazi

Millət vəkili uşaq pulunun bərpa olunması ilə bağlı məsələni yenidən gündəmə gətirib.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında insan alverinə qarşı mübarizə üzrə milli kordinatorun hesabatının müzakirəsi zamanı çıxış edən millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, uşaqların məcburi əməyə və digər mənfi işlərə cəlb olunmaması üçün onlara verilən müavinət bərpa edilməlidir:

“Hesabatı mən də yüksək qiymətləndirirəm. Bu cür neqativ halların qarşısının alınması üçün uşaq pullarının bərpası zəruridir. Heç olmasa, 6 yaşına qədər olan uşaqlar üçün müavinət verilməlidir. Hesablamalara görə, bir uşağın aylıq qida və digər məsrəfləri üçün 120 manat tələb olunur. Ümumi götürəndə, bu məbləğ illik 120 milyon manatdır və dövlət bunu təmin edə bilər. Fikrimcə, bu təklifə müsbət yanaşılacaq və məsələ öz həllini tapacaq”.

Araz Zeynalov

COP29

www.yenicag.az

5542
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv