Hər il Həcc qiymətlərini Euro üzərindən müəyyənləşdirən Diyanət İşləri Başqanlığı bu il dollara üstünlük verdi. Belə ki, keçən il hacı olmaq üçün 2 min 780 euro ödəmək lazım idisə, bu il 3 min 600 dollar ödəniləcək. Bu isə türk lirəsi ilə 1410 lirə keçən ilki qiymətdən çox deməkdir.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, hacı namizədləri bu qərara etiraz etsələr də, qərar dəyişməyəcək. Bu ilin mart ayının 12-də keçiriləcək seçimlə 74 min insan Həcc ziyarətinə getmək şansı qazanacaq.
Analoji halın Azərbaycanda da olacağı gözlənilir. Həcc qiymətləri hələlik müəyyənləşməsə də, təbii qiymət artımının bu prossesə də təsir edəcəyi vurğulanır.
Qeyd edək ki, Qırğızıstan Həcc komitəsi də bu il Həcc qiymətlərini 1000 dollar civarında qaldırıb.
Mövzunu diqqətdə saxlayacağıq.
www.yenicag.az