!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həkimlərdən alkoqolla bağlı çağırış: "Reseptlə satılsın"

!Reklam – Yazi

Kembric universitetinin nümayəndələri Səhiyyə təşkilatını spirtli içkiləri narkotika hesab edərək, reseptlə satılmasını hüquqi şəkildə qanuniləşdirməyə səsləyib.

Yenicag.az xəbər verir ki, alimlər spirtli içkinin heroindən təhlükəli olduğunu və hər il ondan daha çox insanın öldüyünü bildirib.

“Alkoqol tütün, heroin, xəşişin birlikdə təsirindən daha güclüdür. Spirtli içki asta-asta, zamanla öldürür və çox xəstəliklər onun təsirindən yaranır. Bura həmçinin qəzalar, travmalar, zəhərlənmələr və bunlardan ölüm faktları da aiddir” – deyə alimlər yazır.

Avqust ayının statistikasına görə, alkoqol planetdə insanların ölümünün başlıca səbəbidir. Hər il spirtli içkidən 2,8 milyon insan ölür. Nəhəng alkoqol istehsalçılarının maraqlarını güdməyi tərk edib, spirtli içkiləri reseptlə satmaq lazımdır. Alkoqolun çətinliklə əldə olunduğu, baha satıldığı ölkələrdə insanların bu səbəbdən ölüm faizi də azdır.

www.yenicag.az

3693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv