Artıq uzun müddətdir həkimlərin bir çox xəstələrə və yaşlı insanlara qan durulaşdırıcı kimi profilaktik məqsədlə aspirin tableti yazması standart hal alıb.
Yenicag.az xəbər verir ki, elmi baxımdan sübut olunub ki, infarkt və insult keçirən xəstələrə gündə bir aspirin lazımdır.
Amma hələ ki, bu xəstəlikləri keçirməyən, normal insanlara qanı durulaşdırmaq və infarkt-insultdan qorunmaq məqsədilə aspirin qəbul etməsi, xüsusən 60 yaşdan yuxarı şəxslər üçün risklidir, daxili qanaxma verib, ölümə səbəb ola bilər.
Yeni elmi təcrübənin nəticələri onu göstərib ki, özbaşına, həkim təyinatı olmadan və müayinələrsiz aspirin qəbulu xəstəni öldürə bilər.
Araşdırmanın obyekti kimi 60-70 yaş arası bir dəfə də olsun ürək-damar xəstəliyi keçirməyən 20.000 Avstraliya sakinləri götürülüb.
İngiltərənin tibbi dərgisində dərc olunan yekun məqalədə göstərilib ki, bu insanlara gündəlik aspirin təyinatı mənasız və faydasız olub. Əvəzində bir neçə pasiyentdə mədə-bağırsaq qanaxması olub.
Professor Con Maknil deyir: ” Bu nəticələr göstərdi ki, əgər yaşlı pasiyent infarkt, insult keçirməyibsə, ona aspirin təyin etmək olmaz. Əgər siz artıq az dozalarda aspirin qəbul etmisizsə, onu qəfildən dayandırmaq da olmaz. Bu prosesi həkimlə məsləhətləşib, onun nəzarətində, zamanla etmək olar”.
www.yenicag.az