Həlak olan ANAMA əməkdaşlarına şəhid statusunun verilməsi təklif olunur

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının maaşına yenidən baxılmasına ehtiyac var.

Yenicag.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

Razi Nurullayev bildirib ki, ANAMA-nın mina təmizləmə zamanı həlak olan əməkdaşlarına da şəhid statusunun verilməsi məsələsi müzakirə olunmalıdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa