“Hələ bir müddət…” – Niyaməddin Musayevə həkim QADAĞASI

Koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən xalq artisti Niyaməddin Musayevin səhhəti yaxşıdır.

Bunu Yenicag.az-a açıqlamasında müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından dünən evə buraxılan sənətçi özü deyib.

“COVID-19 xəstəliyi ilə mübarizə aparırdım, həkimlərimizin sayəsində yaxşıyam. Orqanizmim tərtəmizdir, heç yerimdə virus-mirus da yoxdur. Həkimlər deyir, hələlik çölə-bayıra çıxma, evdə otur, özünə gəl, immunitetin yüksəlsin”.

Xalq artisti onu da bildirdi ki, bir müddət efirə çıxmayacaq: “Hələ efirə çıxmaq olmaz, özümü qorumalıyam”.

Cəvahir