!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS-ın yeni liderini də öldürəcəyik - İsraildən sərt MESAJ

!Reklam – Yazi

İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bir müddət əvvəl HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri təyin edilən Yəhya Sinvarı zərərsizləşdirmək niyyətində olduğunu bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə Herzi Halevi Tel Nof aviabazasının komandirləri ilə görüşü zamanı danışıb.

O qeyd edib ki, İsrail ordusu ölkəni təhdid edən hər kəsi hədəf alacaq. Halevi qoşunların peşəkarlığına və İsraili müdafiə etmək öhdəliyinə tam əmin olduğunu bildirib. dirnaq modelleri

“Düşmənlərimizə, bizə hücum edənlərə, hər çıxışında İsraili necə məhv edəcəklərindən danışanlara çox açıq mesaj göndərəcəyik. Biz onlara hücum edəcəyik və güclənməyə davam edəcəyik”, – o deyib.

Baş Qərargah rəisi qeyd edib ki, heç bir siyasi status Yəhya Sinvarı 2023-cü il oktyabrın 7-də İsrailə hücuma görə məsuliyyətdən azad etmir.

“Yəhya Sinvarın statusunun dəyişməsi nəinki onun arxasınca getməyimizə mane olmur, həm də bizi motivasiya edir. Onu tapmaq üçün əlimizdən gələni edəcəyik ki, onu hədəfə ala bilək. Son həftələrdə çox mühüm əməliyyatlar həyata keçirdik, ən yüksək səviyyəli komandirləri məhv etdik və dayanmaq fikrində deyilik”, – deyə o əlavə edib.

Qeyd edək ki, avqustun 6-da Yəhya Sinvar HƏMAS Siyasi Bürosunun yeni rəhbəri təyin edilib. O, bu vəzifədə iyulun 31-də Tehranda öldürülən İsmayıl Haniyəni əvəz edib. Sinvarın təyin edilməsindən sonra İsrailin xarici işlər naziri İsrael Katz da HƏMAS-ın yeni liderini ən qısa zamanda məhv etməyə çağırıb.

Sinvar 1962-ci ildə Misirin idarə etdiyi Qəzzadakı Xan Yunis qaçqın düşərgəsində anadan olub. O, Qəzza İslam Universitetində ərəbşünaslıq üzrə bakalavr dərəcəsi alıb. Sinvar HƏMAS-ın təhlükəsizlik aparatının həmtəsisçilərindən biridir. O, 2023-cü ildə HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunun təşkilatçısı hesab olunur. 2015-ci ildə ABŞ Yəhya Sinvarı beynəlxalq terrorçular siyahısına daxil edib./modern.az

 

COP29

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv