!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS təşkilatı İsraillə razılaşdı - 5 illik atəşkəs

!Reklam – Yazi

Fələstinin əsas siyasi qüvvələrindən biri olan və Qəzza sektorunda faktiki olaraq administrativ idarəetməni həyata keçirən HƏMAS təşkilatı sahilyanı anklavin blokadasının azaldılması və əsirlərin dəyişdirilməsi məsələsinin həlli müqabilində İsraillə 5 il müddətinə atəşkəs sazişi imzalamağa razılıq verib.

Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, hərəkat yaxın vaxtlarda bu qərar barədə Misir hökumətini və BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi əlaqələndiricisi Nikolay Mladenovu məlumatlandırmaq niyyətindədir.

Mənbənin verdiyi məlumata görə, atəşkəs haqqında saziş sektorun inkişafı üçün lazımi məhsulların daxil olması üçün Misirlə sərhəddə yerləşən “Rəfah” buraxılış məntəqəsinin açılmasını, həmçinin balıq ovu üçün sahil zonasının 12 dəniz milinədək genişləndirilməsini nəzərdə tutur.

HƏMAS hərəkatının siyasi bürosunun sədr müavini Saleh əl-Arurinin başçılıq etdiyi nümayəndə heyətinin avqustun 8-də Qahirəyə səfər edəcəyi gözlənilir.

www.yenicag.az

2253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv