“Həmin insanlarla bağlı məhkəmə yenidən işə baxmalıdır“
İqbal Ağazadə Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı müzakirələr zamanı bildirib ki, cəzalar daha uzunömürlü həbslərlə bəzən islah olunmağa daha çox xidmət edir.
“İnsanlar onun ağırlığını düşünərək cinayətdən çəkinirlər.Mən bir dəfə də bu məsələni Milli Məclisdə qaldırmışdım. Xahiş edirəm bu məsələyə diqqət edək. Ömürlük həbs cəzasına məhkum olunmuş çox sayda insan var. Konkret olaraq Avropa Şurasına qoşularkən, üzərimizə öhdəlik götürərkən ömürlük güllələnmə cəzası ilə cəza çəkənlərin sonradan Milli Məclisin qərarı ilə ömürlük həbsə məhkum edilməsindən danışmaq istəyirəm. Hesab edirəm ki, bu məhkəmələrin hamısına yenidən baxılmalıdır. Vəziyyət dəyişdiyinə görə, onlar 5-30 ilmi məhkum olunmalıdır?Cinayəti törədərkən Cinayət Prosessual Məcəlləsinin özünün də tələbi var ki, vəziyyət çox önəmlidir. Adamlar var ki, bir cinayəti törədir, onun konkret olaraq güllələnməni gözünün qarşısına alıb cinayət törədir ki, bicə güllələnmə ilə hər şey bitəcək. Amma müvafiq məhkəmə orqanı bunlar haqqında qərar qəbul edirsə, hökmən məhkəmənin də onlar haqqında fərdi qərarı olmalıdır. Bu qərar Milli Məclis tərəfindən 1997-ci ildə qəbul olunub. Onlar haqqında məhkəmə hökmü güllələnmə olub. Lakin Milli Məclisin qərarı ilə ömürlüklə əvəz olunub. Ona görə də onların sayı da çox azdır. Odur ki, həmin insanlarla bağlı məhkəmə yenidən işə baxmalıdır və düşünürəm ki, 25-30 illik iş kəsilməsi ilə əvəz olunmalıdır. Bu, həm hüquqi, həm də ədalət baxımından doğru olardı”.