!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hər iki ölkənin vətəndaşları gələcəyə daha ümidlə baxacaqlar” – Türkiyəli nazirdən nikbin bəyanat

!Reklam – Yazi

“Bu protokolun imzalanmasından sonra hər iki nazirliyin təmsilçiləri daha tez-tez bir araya gələrək, zəruri məsələləri müzakirə edəcəklər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanla Türkiyə arasında əməkdaşlıq imkanlarını dəyərləndirən Türkiyənin əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu Bakıda jurnalistlərlə söhbətində deyib:

“Doğrudan da çox mühüm təmaslarımız, müzakirələrimiz oldu. Hörmətli nazirlə keçirtdiyimiz məhsuldar görüşdən sonra Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamları ilə də faydalı müzakirələr apardıq.

Azərbaycan və Türkiyənin Əmək nazirlikləri arasında iki gün ərzində aparılan müzakirələrin yekunu olaraq, müvafiq protokol imzalandı. Bu sənəd iki qurum arasında əsası qoyulmuş əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında vəsilə olacaq.

Eyni zamanda, bu sənəd Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı ticari dövriyyənin nəzərdə tutulan 5 milyard dollar səviyyəsinə qaldırılacağı şəraitdə yaranan vəziyyətin tənzimlənməsində mühüm rol oynayacaq. Bu çərçivədə əmək fəaliyyətinin tənzimlənməsi və işçilərin tapılması kimi məsələlər də öz həllini tapacaq.

Burada olduğumuz müddətdə həmçinin, Texniki Komitənin 9-cu toplantısını keçirtdik. 1993-cü ildən etibarən başlayan əməkdaşlığımız sürətlə inkişaf etməkdədir. Ölkələrimiz arasında sosial müdafiə məsələləri də daxil olmaqla, bir çox sahələri əhatə edən ikitərəfli müqavilələr imzalanıb.

İnşallah, bu protokolun imzalanmasından sonra hər iki nazirliyin təmsilçiləri daha tez-tez bir araya gələrək, zəruri məsələləri müzakirə edəcəklər. Nazirliklərimiz arasında genişlənən əməkdaşlıq həm də iki ölkə vətəndaşlarının gələcəyə daha ümidlə baxmalarına səbəb olacaq”.

Emin Səfərov

www.yenicag.az

1485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv