Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hər kəsin oxumaq istəyəcəyi sayt!

Bu gündən Sizin kompüteriniz və telefonunuzda yeni onlayn media – yenisabah.az saytı açılır.

Bu sayt ənənəvi onlayn mediadan fərqli təqdimatlar, xəbərin çatdırılması üslubu, yeni görünüş və daim yenilənəcək tərtibatlarla qarşınızda olmağa çalışacaq.

Biz media təmsilçiləri olaraq əksər hallarda demək olar ki, geniş oxucu kütləsinin istəyi ilə maraqlanmırıq. Hər zaman öz səhifəmizi necə görmək istəyirik həmin formada şəkilləndirmişik və illərlə bu cür təqdimatlar, tərtibatlar, yeknəsəkliklər onları bizdən bir qədər uzaqlaşdırıb.

“Yeni Sabah”ın ana prinsiplərindən biri məhz oxucunun istəyini nəzərə almaqdır. Onların arzu və gözləntiləri, saytda görmək istədikləri, təklif və iradları sonsuza qədər birinci prinsip olaraq qalacaq. Hətta hər bir oxucunu – onun hansı sosial zümrədən, siyasi baxışından, dini dünyagörüşündən asılı olmayaraq, tək-tək dinləyib mövcud qüsurları aradan qaldırmaq, bizi toplum olaraq media boşluğundan xilas edəcək təkliflərini isə can və başla həyata keçirməyə calışacağıq.

“Yeni Sabah”da qanunların imkan verdiyi səviyyədə hər kəs özünü görə bilər: Alimi də, həkimi də, fermeri də, polisi də…

Siyasətçisi, deputatı, neftçisi, idmançısı, şəhərlisi, rayonlusu, təhsillisi, təhsilsizi də…

Bu sayt məhz SİZİNDİR!

Özünü “Yeni Sabah”da görmək istəyən hər bir dövlət qurumundan, siyasi partiyalardan, iqtisadi təşkilatlardan, vətəndaş cəmiyyəti institutlarından, təhsil ocaqlarından, idman federasiyalarından, mədəniyyət ocaqlarından [email protected] elektron poçtunu öz bazalarına əlavə etməyi, vətəndaş jurnalistikası ilə məşğul olan şəxslərdən +994 70 855 41 11 whatsapp nömrəsini öz telefonlarının yaddaşına köçürməyi, qarşılaşdırları maraqlı hdisələrlə bağlı bizə məlumat verməyi və istənilən mövzu ilə bağlı redaksiyaya müraciətlər üçün 012 408 41 11 şəhər nömrəsini qeyd etməyi rica edirik.

Loading...

www.yenicag.az

1956
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100