“Hər şeyi açıb danışaram”

media-hightechnic-468x90

350x350-10“Haqqımda danışmasınlar. Yoxsa hamının şəxsi həyatını qoyacam ortaya. Bəyəm hansı kişinin sevgilisi olmur? Hər şeyi açıb danışaram”.

Bu sözləri müğənni Röya Ayxan “10-lar” verilişində deyib. İfaçı “Gündəlik” verilişinə qısa geyimdə gəlməsinə münasibət bildirib:

“Hamının fikrinə hörmət elədim. Elə ona görə də susdum. Mən Röyayam, bunu unutmasınlar. Bu gün qısa, sabah sinəsi və ya kürəyi olmayan paltar geyinə bilərəm. İncəsənət adamıyam, kiminsə mənə söz deməyə haqqı yoxdur. Susuram. Amma bu o demək deyil ki, görmürəm. Məndə hər şey gözə girir. Çünki özüm göstərirəm. Başqaları bunu gizli edir deyə bilinmir. İndi mənə deyirlər, ətək geyinməyi unudub. “Christian Dior” bunu paltar olaraq satışa çıxarıb, kostyum deyil. Hamı öyrəşib yalandan namus, qeyrətdən danışsın. Şou-biznesdə bir mənəm səhv olan, qalan hamısı tərtəmizdir. Gedib yeniyetmə qızlarla məşğul olsunlar. Məni alan aldı, hay-hayım gedib artıq. Oxuyum, siz sadəcə qulaq asın. Necə istəyirəm, elə də yaşayacam”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600