“Yay aylarında artıq postpandemik dövrə qədəm qoymağımız gözlənilir”.
Yenicag.az xəbər verir ki, bunu koronavirus pandemiyasının bitmə müddətini analiz edən professor Adil Qeybulla deyib.
Adil Qeybullaya görə, bəşəriyyət postpandemiya dövrünə hazır olmalıdır:
“Koronavirus sanki görünməmiş kabus kimi bir tərəfdən insanlığı sınağa çəkir, digər tərəfdən də postpandemik dövrün potensial problemləri ilə onu təhdid edir. Elmə məlumdur ki, hava-damcı yolu ilə yayılan respirator infeksiyaların bir sikli var. Hər bir yeni yoluxma virusun mutasiyaya uğramış, nisbətən dəyişilmiş yeni serovarı ilə baş tutur.
Bu proses heç bir tədbir görülməsə də, uzun müddət davam edə bilməz. Sadəcə tədbirlər itkiləri azaltmağa və pandemiyanı vaxtında söndürməyə hesablanıb. Koronavirus pandemiyası şoku hələ yaşansa da, proses yaxın bir həftədə dünyada enən xətt üzrə gedəcək”.
Gülşən Şərif