Hərbçi və polis ağır qəzaya düşdü-Fotolar
Bu gecə Bərdə rayonunda ağır yol qəzası baş verib.
Baş verən yol qəzasında 4 nəfər ağır yaralanıb.
Yaralananlardan biri Milli Ordunun hərbçisi, Ceyhun Allahverdi oğlu Xudaverdiyevin idarə etdiyi “VAZ-2106” markalı maşınla Bərdə rayon polis şöbəsinin əməkdaşı, Fərman Şamil oğlu Salahovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.
Qəza nəticədə sürücülər və “VAZ-2106”nin sərnişinləri Bəxtiyar Məzahir oğlu Ələsgərov və Səbuhi Mürşüd oğlu Ələsgərov ağır yaralanıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın nə səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır(anspress).