Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/ŞİKAYƏT

media-hightechnic-468x90

Abşeron rayonunun Qobu qəsəbəsindəki Şubanı hərbi poliqonunda keçirilən təlimlər zamanı atılan güllələr bu dəfə kanalizasiya sistemlərini hədəfə alıb.

Yenicag.az-a danışan sakinlərin sözlərinə görə, sözügedən hadisə dəfələrlə baş verib.

media-whatsapp-image-2025-05-08-at-14-43-19-1

Sakinlər söyləyiblər ki, bu, ilk belə hal deyil. Belə ki, 2022-ci ilin avqust ayında və 2023-cü ildə də analoji hadisə baş vermiş və o zaman güllə bir evin həyətinə düşmüşdü. İndi isə güllə digər fərdi yaşayış evlərinin kanalizasiya sisteminə zərər verib. Hadisə nəticəsində isə həm evə təhlükə yaranıb, həm də çirkab suların axıdılması çətinləşib.

Qəsəbə əhalisi artıq dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, hərbi təlimlərin təhlükəsizliyinə dair real tədbirlərin görülmədiyini deyirlər. Onların əsas narahatlığı isə bu cür hadisələrin təkrarlanması və nəticələrinin daha ağır olmasıdır. Onlar qeyd ediblər ki, bu, baş verən üçüncü hadisədir. Əməkdaşımızla söhbətində qəsəbə sakinləri deyiblər ki, sonuncu hadisədən sonra övladlarını həyətə buraxmağa qorxurlar və onların təhlükəsizliyi ilə bağlı narahatdırlar.

Xatırladaq ki, 2023-cü ildə keçirilən təlimlər zamanı da atılan güllə Abşeron rayonu Qobu qəsəbəsi Ənvər İbrahimov küçəsi ev 56-ya dəymişdi. “Yeni Çağ” Media Qrupu olaraq məsələni işqılandırmışdıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600