İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda 16 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə Yenicag.az-a Dövlət Xidmətindən məlumat verilib.
Satılan avtomobillər əsasən Amerika istehsalıdır və buraxılış tarixi 1999-2013-cü illər arasında dəyişir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/32Q6KG )
Hərracın gedişində 16 maşından yalnız 1-nin – “VAZ2106” markalı minik avtomobilin qiyməti təxminən 47% artaraq 750 manatdan 1 103 manata yüksəlib. Qalan 15 maşın ilkin satış qiyməti ilə özəlləşdirilib.
Növbəti hərrac oktyabrın 25-də keçiriləcək.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.
www.yenicag.az