Hesablama Palatası: Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun işi səmərəsizdir

media-hightechnic-468x90

“Təmiz Şəhər” ASC-yə məxsus Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti iqtisadi baxımdan səmərəsizdir.

Yenicag.az xəbər verir ki, bunu Hesablama Palatası apardığı audit nəticəsində müəyyən edib.

Audit zamanı zavodun ümumi xərclərinin 363 milyon manatdan çox olduğu, lakin əldə edilən gəlirlərin bu məbləğdən üç dəfə az olduğu müəyyən edilib. Bu vəziyyət tullantıların enerji mənbəyinə çevrilməsi layihələrinin effektiv idarə olunmadığını və iqtisadi baxımdan məqsədəuyğun olmadığını göstərir.

Palatanın hesabatında qeyd edilir ki, tullantıların yandırılması və enerji istehsalının artırılması üçün daha səmərəli idarəetmə mexanizmlərinin tətbiqinə ehtiyac var. Palata aidiyyəti qurumlara bu sahədə islahatların aparılması və alternativ tullantı emalı üsullarının genişləndirilməsi ilə bağlı tövsiyələr verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600