Həsən Hüseynliyə hökm oxundu

media-hightechnic-468x90

oooooooooİyulun 14-də Gəncə şəhər Nizami rayon Məhkəməsində hüquq müdafiəçisi Həsən Hüseynliyə 5 il 11 ay 28 gün həbs cəzası verib. Cəza müddəti bu gündən hesablanır.

Həsən Hüseynli 2014-cü il martın 31-də Gəncədə saxlanıb. O, həmyerlisi Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda günahlandırılır. Polisdə 48 saat saxlanan Həsən Hüseynli daha sonra müstəntiqin qərarına əsasən, polis nəzarətində olmaqla azadlığa buraxılıb.

Həsən Hüseynli ictimai fəaliyyətinə görə saxlandığını düşünür.

Onun rəhbərlik etdiyi «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzi Azərbaycanın Qərb bölgəsində açıq cəmiyyət ideyalarını yaymağı, vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməyi özünə məqsəd bilir.

Mərkəz gənclərin ictimai fəallığının və liderlik qabiliyyətinin yüksəldilməsini hədəfləyən layihələr gerçəkləşdirir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa