Həştərxan sammiti ilə bağlı yeni məlumat

media-hightechnic-468x90

8ce49356539a170a142f96758be8bb72Sentyabrın 29-da Həştərxanda IV Xəzər sammiti keçiriləcək.

Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə sammitdə Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov iştirak edəcəklər.

Sammit zamanı sahilyanı dövlətlərin işbirliyi ilə bağlı məsələlər, 2010-cu ildə Bakı sammitində qəbul olunan qərarların icrası, habelə region dövlətlərinin prioritet əməkdaşlıq istiqamətləri müzakirə olunacaq.

Görüşdə həmçinin çoxtərəfli müqavilələrin imzalanacağı və Rusiya prezidentinin həmkarları ilə bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600