!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həyətdəki zibilləri yandıran qadının özü də yandı

!Reklam – Yazi

Lənkəranda 45 yaşlı qadın yanıb.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1978-ci il təvəllüdlü Z.Hüseynova həyətdə təmizlik işləri görərkən zibil tullantılarını yandırmaq istəyib. Tullantıların yanmadığını görən qadın zibillərin üzərinə benzin töküb. Bu zaman onun əlindəki əşya alovlanıb və Z.Hüseynova yanıb.

Köməyə gələn qonşular təcili yardım briqadasının köməyi ilə onu xəstəxanaya çatdırıblar. Xəstənin vəziyyəti ağır qiymətləndirilməsi səbəbindən zəruri tibbi yardımdan sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv