Hikkəsini bayraqdan ÇIXANLAR: “Belə qüvvələr münasibətləri gərginləşdirmək üçün hər vasitəyə əl atacaqlar”

media-hightechnic-468x90

“Bu həmin qüvvələrdir ki, hətta Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa belə, onlar ərazi iddialarından əl çəkməyəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

media-thumb

Millət vəkili dünən Ermənistanda təxribatçı qüvvələrin Azərbaycan və Türkiyə bayrağını yandırmasını şərh edib:

“Ermənistanda Azərbaycan və Türkiyə bayraqlarını yandıranlar sülh və normallaşma prosesinə qarşı çıxanlardır, yəni revanşistlərdir. Bu təxribatçı qüvvələr mövcud reallıqları qəbul etmək istəmir, Azərbaycan və Türkiyəni əbədi düşmən gözündə görürlər. Onlar nifrət zehniyyətindən qurtula bilmirlər. Bu həmin qüvvələrdir ki, hətta Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa belə, onlar ərazi iddialarından əl çəkməyəcək, daim bu məsələləri gündəmə gətirəcəklər”.

K. Nurullayeva Ermənistanı təcili olaraq konstitusiyanı dəyişdirməyə çağırıb:

“Ermənistanın Baş naziri Nikol Paşinyan doğrudan da sülh məsələsində səmimidirsə, Azərbaycanın sülhlə bağlı şərtlərini qəbul etməlidir. Ermənistan konstitusiyası dəyişdirilməlidir. Əks halda, təbii ki, yekun sülh müqaviləsinin imzlanmasından söhbət gedə bilməz. Paşinyan bu addımı atmasa, demək ki, o, revanşist qüvvələrin mövqeyini bölüşür və cəmiyyətdə belə təxribatçıların olması onun da marağındadır”.

Millət vəkili qeyd edib ki, bu təxribat hadisəsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama versə də, bu bizim üçün kifayət etmir:

“Paşinyan bayraq olayını “təxribat və təhrikedici xarakterli addım” adlandırıb, amma yalnız bəyanat verməklə iş bitmir. Praktik addımlar atmağın vaxtı çoxdan çatıb. Paşinyanın konstitusiya ilə bağlı durğunluğu, öldürücü silahların alınması onun əsl mövqeyini ortaya qoyur. Bu yanaşma revanşistləri cəsarətləndirir. Bayraq yandıran aqressiv qüvvələrlə hansı normal qonşuluq münasibətindən danışmaq olar? Belə qüvvələr münasibətləri gərginləşdirmək üçün hər vasitəyə əl atacaqlar. Prezident İlham Əliyevin də söylədiyi kimi, bizim bayraqlarımıza onlar Ağrı dağda, Murov dağında, Şuşada yaxınlaşa bilərlərmi? Təbii ki, yox. Ona görə bu, onların acizliyini və gücsüzlüyünü göstərir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600